Sumqayıtda sexdə yanğın baş verib
Əsəd Abbaslı
Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150kv.m. sahə yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net