Menyu

Beyləqanda minik avtomobili yanıb

Əsəd Abbaslı
Beyləqanda minik avtomobili yanıb
1 dəq oxu

Beyləqanda “Mercedes” markalı minik avtomobili yanaraq yararsız hala düşüb.

Operativ Media xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində baş verib.

Rayon sakini Cavid Abbasova məxsus "Mercedes E 220" markalı 10-BK-415 dövlət nömrə nişanlı avtomobil anidən yanmağa başlayıb.

Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğınsöndürən əməkdaşları yanan avtomobili söndürərək yaxınlıqdakı avtomobil və tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər