Menyu

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.

Bu barədə Operativ Media-ya  İKTA-dan bildirilib.

Görüşdə Azərbaycanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə və mobil virtual şəbəkə operatoru icazələri nəzərdə tutulub. Bu yeniliklərin ölkəmizdə mobil telekommunikasiya xidmətinin inkişafına impulsiv təkan verməsi gözlənilir.

Görüşdə, həmçinin operatorlararası funksional “Local Exchange” arabağlantıların səmərəli təşkili müzakirə predmeti olub. Osman Gündüz arabağlantı çətinliklərinin olduğunu, lokal trafikin beynəlxalq mübadilə nöqtələri üzərindən “routing” olduğunu deyib. İKTA sədri bu istiqamətdə monitorinqlər aparıldığını, nəticələrin qənaətbəxş olmadığının müəyyən edildiyini, İKTA-nın nəzarəti altında arabağlantı portlarının sayının artırıldığını qeyd edib. Bildirilib ki, hazırda ölkədə “Tier 1” operatorlararası lokal trafik mübadiləsi qənaətbəxş səviyyəyə gətirilib.

Teqlər:

"Az\u0259rbaycanda 5G \u015f\u0259b\u0259k\u0259si il\u0259 ba\u011fl\u0131 qanun layih\u0259si haz\u0131rlanacaq"

Əlaqəli Xəbərlər