Bakıda bəzi ərazilərin qaz təchizatı dayandırılacaq
Əsəd Abbaslı
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Operativ Media-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), "Mərdəkan Bağları", "Stansiya-Qala" və "Mərdəkan yeni yaşayış" massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.
Teqlər:
"Bak\u0131da b\u0259zi \u0259razil\u0259rin qaz t\u0259chizat\u0131 dayand\u0131r\u0131lacaq"