Ağdaşda avtomobillər kanala düşüb
Əsəd Abbaslı
Ağdaşda yol qəzası olub maşınlar kanala düşüb.
Operativ Media xəbər verir ki, hadisə Hüşün kəndi yaxınlığında baş verib.
Hərəkətdə olan "Vaz 2107" markalı maşın dayanıqlı vəziyyətdə olan "Vaz 2109" markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən maşınların ikisi də su kanalına aşıb.
Kanala düşən maşınlarda xəsarət alan rayon sakinləri - 1997-ci il təvəllüdlü Qədirov Toğrul İlham oğlu və 1955-ci il təvəllüdlü Məmmədov Kərim Binnət oğlu sahilə çıxarılaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net