Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya bildirilib ki, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net