Menyu

Nərimanov rayonunda narkotik vasitə satan şəxslər saxlanılıb

Nərimanov rayonunda narkotik vasitə satan şəxslər saxlanılıb

Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Tohid İbrahimov və İlkin Vəliyev saxlanılıblar. Tohid İbrahimovdan 2 kiloqram 204 qram heroin, marixuana, tiryək, metamfetamin və 50 ədəd metadon həbi götürülüb. 

Digər əməliyyat zamanı saxlanılan 23 yaşlı İlkin Vəliyevdən isə 1 kiloqram narkotik vasitə olan tiryək aşkarlanıb. 

Bu şəxslər narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. 

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə Nərimanov rayonunda ilin əvvəlindən polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 66 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə 22 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb. 

Ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Teqlər:

"N\u0259rimanov rayonunda narkotik vasit\u0259 satan \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər