Menyu

Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb

Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb

Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. 

Operativ Media bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda dövlət sektorunda çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Teqlər:

"Maliyy\u0259 Nazirliyi v\u0259 Hesablama Palatas\u0131n\u0131n qurumlar\u0131 \u0259m\u0259kda\u015fl\u0131q protokolu imzalay\u0131b"

Əlaqəli Xəbərlər