Menyu

David Manukyan məhkəmədə Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib

Nərmin Qocamanlı
David Manukyan məhkəmədə Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən vaxtilə işğal edilmiş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib.

Operativ Media xəbər verir ki, təqsirləndirilən şəxs Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlər və digər hərbi qulluqçuların göndərildiyini də bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər