XİN: İkinci Qarabağ müharibəsindən sonra 392 azərbaycanlı mina qurbanı olub
Bu gün baş vermiş növbəti mina partlayışı nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşı ağır yaralanıb.
OperativMedia xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sosial şəbəkə platforması "X"də paylaşım edib.
Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın ərazilərdə məqsədli şəkildə yaratdığı mina təhlükəsi nəticəsində indiyədək 392 nəfər həlak olub.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti mina təhlükəsinin yaratdığı ciddi humanitar fəsadlara diqqət yetirməyə, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək göstərməyə və Ermənistanı bu genişmiqyaslı və məqsədli mina kirliliyinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Teqlər:
"X\u0130N: \u0130kinci Qaraba\u011f m\u00fcharib\u0259sind\u0259n sonra 392 az\u0259rbaycanl\u0131 mina qurban\u0131 olub"