Menyu

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək?

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək?
1 dəq oxu

BakuBus MMC-nin istismarında olan bütün avtobuslarda kondisionerlər iyun ayının 15-dən etibarən aktivləşdirilir.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq BakuBus MMC-dən məlumat verilib.

Bildirilib ki, reqlament qaydalarına uyğun olaraq BakuBus MMC-nin istismarında olan bütün avtobuslarda kondisionerlər iyun ayının 15-dən etibarən aktivləşdirilir.

"Lakin hava şəraitinin isti keçməsi səbəbindən, sərnişinlərin rahatlığını nəzərə alaraq  kondisionerlər daha tez də aktivləşdirilə bilər", - deyə MMC bildirib.

Qeyd olunub ki, ötən il hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq iyun ayının 1-dən etibarən kondisionerlər aktivləşdirilmişdi.

Əlaqəli Xəbərlər