Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeydə alınıb.
Belə ki, 20 yaşlı Fuad Cabbarov, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 24 yaşlı Jalə Tamirazova,18 yaşlı Nigar Quliyeva və 5 yaşlı uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 18:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 3 nəfər (2 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil olan 2020-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb.
1990-cı il və 2007-ci il təvəllüdlü şəxslərin müalicələri isə davam etdirilir, vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, onlar qidadan zəhərləniblər.