Menyu

Ölkə ərazisində külək zəifləyib - FAKTİKİ HAVA

Ölkə ərazisində külək zəifləyib - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış səhər saat 6:00-dan etibarən kəsilib.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"\u00d6lk\u0259 \u0259razisind\u0259 k\u00fcl\u0259k z\u0259ifl\u0259yib - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər