Menyu

Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Həmçini oxu: Şəxsi məlumatları kiberdələduzlardan necə qorumalı?

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn v\u0259t\u0259nda\u015flar\u0131n bank kartlar\u0131ndan 51 min manatdan \u00e7ox pul o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər