“Azərkosmos" yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır
“Azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.
“Bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Biz, həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk”, - deyə D.Bədirxanov bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net