Menyu

Günəşdə üç güclü partlayış baş verib

Əsəd Abbaslı
Günəşdə üç güclü partlayış baş verib

Aprelin 29-da Günəşdə üç güclü partlayış baş verib.

Operativ Media xəbər verir ki, bunu TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan deyiblər.

Bildirilir ki, partlayışların gücü M sinfinə aid olub:

"İlk partlayış Bakı vaxtı ilə saat 09 radələrində baş verib. Bundan əlavə, gün ərzində daha iki partlayış olub".

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Teqlər:

"G\u00fcn\u0259\u015fd\u0259 \u00fc\u00e7 g\u00fccl\u00fc partlay\u0131\u015f ba\u015f verib"

Əlaqəli Xəbərlər