29 Aprel 2025, 23:37
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Elektrik kəsintisi probleminə görə, daha 13 nəfərin xəsarət aldığı bildirilir.
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub şəkil
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

“Azı beş nəfər irimiqyaslı elektrik kəsilməsi ilə bağlı üç müxtəlif səbəbə görə öldü”, - məlumatda qeyd olunub.

Belə ki, Valensiya əyalətində yerləşən Alzira şəhərinin sakini oksigen aparatının işləməməsi nəticəsində dünyasını dəyişib.

Madridin cənubunda evdə baş verən yanğında isə bir qadın ölüb. Yanğına şamın səbəb ola biləcəyi deyilir.

Elektrik kəsintisi probleminə görə, daha 13 nəfərin xəsarət aldığı bildirilir.

Xatırladaq ki, aprelin 28-də İspaniyanın demək olar, bütün ərazisində elektrik enerjisinin verilişi kütləvi olaraq dayanmışdı.

Eyni zamanda, oxşar hadisə Portuqaliya, Fransa və Andorrada da qeydə alınıb.

Məsələ ilə bağı İspaniyanın dörd regionunda fövqəladə vəziyyət rejimi elan edilmişdir.

Problemin həlli bu gün aradan qaldırılıb.

Son xəbərlər
Bakı-Quba yolunda zəncirvari qəza ölümə səbəb olub
Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-nin marağındadır
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi