29 Aprel 2025, 23:47
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Məhz Rusiyanın ağrılı nöqtələrini seçirik ki, Moskvanı diplomatiyaya sövq edə bilək.
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib şəkil
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada Qələbə paradının baş tutmama ehtimalına işarə edib.

Operativ Media xəbər verir ki, Ukrayna rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: “Məhz Rusiyanın ağrılı nöqtələrini seçirik ki, Moskvanı diplomatiyaya sövq edə bilək. İndi onlar paradın sual altında qalmasından narahatdırlar və bu təşvişlərində də haqlıdırlar. Amma narahat olmalıdırlar, çünki müharibə davam edir. Onlar müharibəyə son qoymalıdırlar”.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti mayın 8-10 aralığı üçün atəşkəs təklif etsə də, V.Zelenski bununla razılaşmayıb.

Son xəbərlər
Ermənistanın müdafiə naziri İranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38