İqlim konfransının ilkin iclası oktybrın 13-14-də keçiriləcək
Əsəd Abbaslı
İqlim konfransının ilkin iclası (pre-COP) oktybrın 13-14-də Braziliyada keçiriləcək.
Operativ Media COP30 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, görüşdə nazirlər və əsas iqlim müzakirəçiləri bir araya gələcək.
COP öncəsi ilkin görüşün əsas məqsədi noyabrın 10-dan 21-dək Belemdə keçiriləcək növbəti iqlim konfransının ən mühüm mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.
Oktyabr görüşündə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
Ənənəvi olaraq COP-a ev sahibliyi edəcək ölkənin əsas tədbirin başlamasına təxminən bir ay qalmış təşkil etdiyi görüş, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) müşahidəçiləri üçün açıq olacaq.
Teqlər:
"\u0130qlim konfrans\u0131n\u0131n ilkin iclas\u0131 oktybr\u0131n 13-14-d\u0259 ke\u00e7iril\u0259c\u0259k"