Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayıb

Əsəd Abbaslı
Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayıb
Bu addım Hindistan və Pakistan arasında artan gərginlik fonunda atılıb.

Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağladığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə müvafiq NOTAM (Notice to Airmen) Hindistanın aviasiya idarəsi tərəfindən yayımlanıb.

Qərara əsasən, məhdudiyyət 30 aprel tarixindən 23 mayadək qüvvədə olacaq. Məhdudiyyətin Pakistanın bütün mülki və kommersiya təyyarələrinə şamil olunduğu bildirilib.

Bu addım Hindistan və Pakistan arasında artan gərginlik fonunda atılıb.

Xatırladaq ki, aprelin 22-də Hindistanın Cəmmu və Kəşmir bölgəsinin Pahalqam şəhərində, turistlərin sıx toplaşdığı ərazidə baş vermiş terror aktı nəticəsində 26 nəfər həyatını itirib. Rəsmi Dehli hücumun məsuliyyətini birbaşa Pakistanın üzərinə qoyub.

Cavab olaraq, Pakistan Senatı İslamabadın hücumla heç bir əlaqəsinin olmadığını bildirən və məsuliyyəti rədd edən qətnaməni yekdilliklə qəbul edib.

Hadisədən sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə gərginləşib.

Digər xəbərlər