Ana səhifə / Dünya / Tramp Maska dövlət xidmətində qalmağı təklif edib Tramp Maska dövlət xidmətində qalmağı təklif edib 30.04.2025, 23:58 Əsəd Abbaslı Hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən sahibkar İlon Mask istədiyi müddət ərzində dövlət qulluğunda qala bilər. Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp komandası ilə görüşdə deyib. Yayımı Fox News kanalı həyata keçirib. "İstədiyiniz qədər qala bilərsiniz, - deyə Tramp Maska bildirib. Qeyd edək ki, aprelin 29-da ABŞ prezidenti Maskın qərarı ilə edilən bəzi ixtisarlara yenidən baxacağını bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri vurğulayıb ki, DOGE departamenti milyardlarla dollar dəyərində çoxlu israfçılıq və fırıldaqçılıq hallarını üzə çıxarıb. Teqlər: "Tramp Maska d\u00f6vl\u0259t xidm\u0259tind\u0259 qalma\u011f\u0131 t\u0259klif edib"
06.02.2026, 11:58 Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb