Almaniyanın şimalında - Şlezviq-Qolşteyn torpağının Nindorf qəsəbəsində yerləşən dəniz limanında partlayış baş verib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib, nəticədə 10 nəfər yaralanıb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, insanlar təxliyə edilib.