Tbilisidən etiraz: Rusiya Suxumi hava limanı ilə beynəlxalq hüququ pozur
Əsəd Abbaslı
Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında deyilir.
Belə ki, Rusiya təyyarəsi işğal olunmuş Abxaziya bölgəsində yerləşən Suxumi hava limanına enib.
“Gürcüstan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq mexanizmləri işə salmağa davam edir. Rusiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz addımlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi cavab verilməsini tələb edir. Həmçinin, Gürcüstan Rusiya Federasiyasını 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırır”, - deyə Gürcüstan XİN-in bəyanatında deyilir.
Teqlər:
"Tbilisid\u0259n etiraz: Rusiya Suxumi hava liman\u0131 il\u0259 beyn\u0259lxalq h\u00fcququ pozur"