Deputatlar Monteneqroya səfər edəcəklər
Milli Məclisin deputatları Azay Quliyev və Müşfiq Cəfərov ATƏT PA çərçivəsindəki İpək Yolu Qrupunun V Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün mayın 4-də Monteneqronun Budva şəhərinə səfər edəcəklər.
Operativ Media-ya bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Deputatlarımız “Dayanıqlı turizm: İnkişaf və ekologiya arasında tarazlıq”, “Təmiz enerji dəhlizləri: dayanıqlı gələcəyin təminatı”, “İpək Yolu bölgəsində əlaqəlilik: çağırışlar və imkanlar” və “Biznes və Süni İntellekt Forumu” adlı panel müzakirələrdə iştirak edəcək, tədbirin gündəliyində yer alan mövzulara dair öz fikirlərini bildirəcəklər.
Səfər mayın 8-də başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net