Menyu

Bəxtiyar Məmmədov: “28 May stansiyası bağlanır” ifadəsi yanlışdır

Bəxtiyar Məmmədov: “28 May stansiyası bağlanır” ifadəsi yanlışdır

1980-ci ildən bəri arzulanan bir işin, yəni "qırmızı" və "yaşıl" xətlərin ayrılmasının həyata keçirilməsi üçün 11 ay çox böyük müddət deyil.

Operativ Media  xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə bu istiqamətdə medianın dəstəyinə ehtiyacları var:

“Bu ilin sonunda “Dərnəgül” istiqamətində “28 May” - “Nizami”, “Nizami" - “28 May” xəttinin bağlanması əvvəlcə cəmiyyət arasında xeyli müzakirəyə səbəb oldu. “28 May” bağlanır" adı altında xəbərlər yayıldı. Bu kimi hallarda, şübhəsiz, medianın işi, informasiyanın doğru çatdırılması məsələsi vacibdir”.

Bəxtiyar Məmmədov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə fəaliyyətə də diqqət çəkib:

“Məhz bu dövrdə AYNA ilə vahid komanda, inteqrasiya olunmuş nəqliyyat anlayışını icra edəcəyik”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər