AYNA: Hazırda 27 minə yaxın buraxılış kartı alan taksi var
“Taksi sektorunda keçən il iyulun 1-dən islahatlar həyata keçirilib”.
Operativ Media xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.
O bildirib ki, islahatın 1-ci mərhələsi geridə qalıb: “Proses çox uğurlu gedir. İslahatdan öncə mediada taksi sahəsində olan bütün narazılıqlar işıqlandırıldı. “Prius” adlanan bir narazılıq məfhumu var idi. Hazırda 27 minə yaxın buraxılış kartı alan avtomobil var, 1 il bundan əvvəl isə bu say 67 min idi. Say 2 dəfədən çox düşdü”.
Teqlər:
"AYNA: Haz\u0131rda 27 min\u0259 yax\u0131n burax\u0131l\u0131\u015f kart\u0131 alan taksi var"