Menyu

Elşad Hacıyev: Alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması oğurluq hallarına yol açır

Elşad Hacıyev: Alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması oğurluq hallarına yol açır

Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir.

Operativ Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib.

O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir:

“Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır”.

Teqlər:

"El\u015fad Hac\u0131yev: Al\u0131\u015f-veri\u015f saytlar\u0131nda kart m\u0259lumatlar\u0131n\u0131n a\u00e7\u0131q payla\u015f\u0131lmas\u0131 o\u011furluq hallar\u0131na yol a\u00e7\u0131r"

Əlaqəli Xəbərlər