Menyu

Bakıda qanunsuz ağac kəsilməsi faktları aşkarlanıb

Əsəd Abbaslı
Bakıda qanunsuz ağac kəsilməsi faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Araşdırma zamanı Xəzər rayonu Albalılıq yaşayış massivində, eyni zamanda Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 30 000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 
                                            

Teqlər:

"Bak\u0131da qanunsuz a\u011fac k\u0259silm\u0259si faktlar\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər