Türkiyə ordusu İraqda terrorçulara aid silah anbarı aşkarlayıb
Əsəd Abbaslı
Türkiyə Silahlı Qüvvələri İraqda terrorçulara aid mağara və xeyli silah-sursat aşkarlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, axtarış tədbirləri nəticəsində mağarada 10 tapança və 20 daraq, bir əl radiosu, 75 ədəd silaha quraşdırılmış durbin, 21 ədəd əl durbini, 6 "Dragunov" snayper tüfəngi, bir soyuducu, bir fənər və digər növ silah-sursatlar maddi dəlil olaraq götürülüb.
Həmçinin terrorçulara məxsus sənədlər də ələ keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net