Menyu

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Əsəd Abbaslı
Sumqayıtda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində elektrik sayğacı qutusunda 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı, 1 ədəd ümumi açar və 3p.m. elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Teqlər:

"Sumqay\u0131tda ya\u015fay\u0131\u015f binas\u0131nda yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər