Menyu

DİN: Saxta internet paketləri ilə dələduzluq halları artır

Əsəd Abbaslı
DİN: Saxta internet paketləri ilə dələduzluq halları artır

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

DİN-in mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur.

Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər