Menyu

Qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib

Əsəd Abbaslı
Qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib

Bu gün saat 04:00 radələrində ADY-yə məxsus qatar Xaçmaz istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) bildirib.

Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və həmin şəxs həyatını itirib:

“Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Dəmir yollarından keçərkən yalnız müəyyən olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə etmək, dəmiryol xətlərinə yaxınlaşarkən sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etmək lazımdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər