Menyu

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıb - FOTO/VİDEO

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıb - FOTO/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb. 

Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər