Ana səhifə / Dünya / Ermənistanda sərhədçinin ölümünə görə saxlanılan var Ermənistanda sərhədçinin ölümünə görə saxlanılan var 05.05.2025, 20:23 Əsəd Abbaslı Ermənistanda sərhədçini intihara sövq etmə faktı üzrə 1 nəfər həbs edilib. Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsi ilə iş başlanıb. Bundan əvvəl sərhəd qoşunlarında xidmət edən çağırışçı əsgər Artur Avetisyanın güllə yarasından öldüyü məlum olub. O, Sisian rayonunun Aşotavan kəndindən olub və 9 ay əvvəl orduya çağırılıb. Teqlər: "Erm\u0259nistanda s\u0259rh\u0259d\u00e7inin \u00f6l\u00fcm\u00fcn\u0259 g\u00f6r\u0259 saxlan\u0131lan var"