Menyu

Tramp: Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq

Əsəd Abbaslı
Tramp: Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq

Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm.

Operativ Media xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib.

O qeyd edib ki, danışıq zamanı, həmçinin Suriya, Qəzza və digər məsələlərlə bağlı yaxşı, məhsuldar müzakirə baş tutub.

Tramp Prezident Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini və Türkiyə liderinin də Vaşinqtona səfər edəcəyini bildirib.

O, 4 illik əvvəlki prezidentliyi dövründə Rəcəb Tayyib Ərdoğanla mükəmməl münasibətinin olduğunu vurğulayıb.

Teqlər:

"Tramp: \u018frdo\u011fanla \u00e7ox yax\u015f\u0131 v\u0259 m\u0259hsuldar m\u00fczakir\u0259l\u0259r apard\u0131q"

Əlaqəli Xəbərlər