Rumıniyanın Baş naziri vəzifəsindən istefa verib
Əsəd Abbaslı
Rumıniyanın Baş naziri və Sosial-Demokrat Partiyasının lideri Marsel Çolaku istefa verib.
Operativ Media xəbər verir ki, bu, prezident seçkilərinin birinci turunun nəticələrindən sonra baş verib.
"Dekabrda koalisiya hökuməti iki məqsədlə quruldu: sabit hökuməti təmin etmək və Rumıniyada keçirilən prezident seçkilərində qalib gələcək namizədi irəli sürmək. İki məqsəddən biri bizi iflasa uğratdı. Dünən rumınların necə səs verdiyini gördük, bu da o deməkdir ki, hakim koalisiyanın legitimliyi yoxdur. Mən həmkarlarıma təklif etdim ki, koalisiyanı tərk etsinlər”, - Çolaku bildirib.
O, həmçinin vurğulayıb ki, ikinci turda iki namizəddən heç birinə açıq şəkildə dəstək verməməyi seçib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net