Menyu

Meksikada güclü zəlzələ baş verib

Əsəd Abbaslı
Meksikada güclü zəlzələ baş verib
1 dəq oxu

Meksikada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat verib.

Yeraltı təkanlar bazar ertəsi, mayın 5-də yerli vaxtla saat 02:28-də 15 min nəfər əhalisi olan kiçik Akala şəhərindən 28 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin ocağı 269 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əlaqəli Xəbərlər