Menyu

Putin Hindistana səfər edəcək

Əsəd Abbaslı
Putin Hindistana səfər edəcək
1 dəq oxu

Rusiya prezidenti Vladimir Putin telefon danışığında Hindistanın baş naziri Narendra Modinin ənənəvi illik ikitərəfli sammit üçün ölkəyə səfər etmək dəvətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Modi, öz növbəsində, mayın 9-da Moskva bayramında öz nümayəndəsinin iştirakını təsdiqləyib.

Söhbət zamanı Rusiya-Hindistan münasibətlərinin xüsusi imtiyazlı tərəfdaşlıq kimi strateji xarakteri qeyd olunub.

Bu əlaqələrin xarici amillərdən asılı olmadığı və bütün istiqamətlərdə ardıcıl inkişaf etdiyi vurğulanır.

Əlaqəli Xəbərlər