Menyu

Moskvada uçuşlar pilotsuz təyyarələrin hücumuna görə dayandırılıb

Əziz Əzizli
Moskvada uçuşlar pilotsuz təyyarələrin hücumuna görə dayandırılıb

Moskvanın dörd hava limanında uçuşlar dayandırılıb.

Operativ Media xəbər verir ki, Moskva meri Sergey Sobyanin Ukraynanın Moskvaya pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Onun sözlərinə görə, ən azı altı PUA Moskvaya yaxınlaşarkən məhv edilib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.

Təhlükəsizliyi təmin etmək məqsədilə Moskvanın 4 hava limanında uçuşların dayandırıldığı bildirilib.

Aprelin 30-u Rusiya Moskvaya yaxınlaşan dörd pilotsuz təyyarəni məhv etdiyini açıqlayıb

Teqlər:

"Moskvada u\u00e7u\u015flar pilotsuz t\u0259yyar\u0259l\u0259rin h\u00fccumuna g\u00f6r\u0259 dayand\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər