06 May 2025, 10:17
Azərbaycan və İran Anlaşma Memorandumu imzalayıb
BMTM ilə İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan və İran Anlaşma Memorandumu imzalayıb şəkil
Azərbaycan və İran Anlaşma Memorandumu imzalayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb.

Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.

Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırm alar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.

Son xəbərlər
Netanyahu hücumlara son qoymağın şərtini açıqlayıb
"Milan" yeni mövsüm ev formalarını təqdim edib
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi