Baltik ölkələri Serbiya prezidentinin uçuş marşrutunu bağlayıb
Əsəd Abbaslı
Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlayıb.
Operativ Media xəbər verir ki, bildirilib ki, belə bir qərarın “uçuşun hədəfinin siyasi həssaslığı” ilə bağlı verildiyi deyilir.
Qadağanın müddəti dəqiqləşdirilməyib.
Qeyd edək ki, Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyi planlaşdırır.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Vladimir Putin mayın 9-da Serbiya prezidenti Aleksandr Vuçiçlə ikitərəfli danışıqlar aparacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net