Jukovski hava limanında üçüncü dəfə məhdudiyyətlər tətbiq edilib

Əsəd Abbaslı
Jukovski hava limanında üçüncü dəfə məhdudiyyətlər tətbiq edilib
Bu, gün ərzində tətbiq olunan üçüncü məhdudiyyətdir.

Jukovski hava limanında təyyarələrin qəbul və yola salınmasına dair müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Aviasiya Xidmətinin Telegram kanalında məlumat verilib.

Məlumata əsasən, məhdudiyyətlər ilk dəfə 21:19-da Moskva vaxtı ilə tətbiq olunub.

Bu, gün ərzində tətbiq olunan üçüncü məhdudiyyətdir.

Əvvəlcə, məhdudiyyətlər 00:57 və 16:50-də tətbiq edilmiş, lakin 05:03 və 19:04-də ləğv olunmuşdu.

Məhdudiyyətlərin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Digər xəbərlər