Pakistan Hindistanın təcavüzü barədə BMT-yə məlumat verib
Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi Hindistanın “açıq-aşkar təcavüzü” barədə BMT-nin baş katibinə, BMT Baş Assambleyasının sədrinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məlumat verib.
Məlumatda deyilir ki, Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu qorumaq üçün “istənilən vaxt və yerdə” təcavüzə lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.