Türkiyə XİN Pakistana dəstəyini ifadə edib

Nərmin Qocamanlı
Türkiyə XİN Pakistana dəstəyini ifadə edib
Türkiyə XİN Pakistan və Hindistan arasında baş verənlərdən narahat olduğunu bildirib.

"Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyirik".

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.

"Dünən axşam (6 may) Hindistan tərəfindən həyata keçirilən hücum ümumi müharibə riskini gündəmə gətirmişdir. Bu cür təxribat xarakterli addımları və mülki şəxslərlə mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə qınayırıq.

Tərəflərə soyuqqanlı davranmalarını və birtərəfli addımlardan çəkinmələrini tövsiyə edirik.

Regionda gərginliyin tezliklə azalması üçün zəruri tədbirlərin görülməsini və bu kimi hadisələrin təkrarlanmaması üçün, terrorla mübarizə sahəsi də daxil olmaqla, ehtiyac duyulan mexanizmlərin yaradılmasını ümid edirik. Pakistanın 22 aprel tarixində baş vermiş terror aktının araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik", - bəyanatda qeyd olunub.

Digər xəbərlər