Ukrayna yaxın 30 ildə Qərb tərəfdaşlarına borclarını ödəməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, bunu ölkənin maliyyə naziri Sergey Marçenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın dövlət borcu artıq ÜDM-in 100%-nə yaxınlaşır. O, məbləği əhəmiyyətli adlandırıb, lakin əlavə edib ki, tərəfdaşlardan alınan kreditlərin əksəriyyəti güzəştli şərtlərlə verilib, ona görə də yaxın onilliklərdə pulu qaytarmaq lazım olmayacaq.






