Menyu

Andrey Yermak ABŞ dövlət katibi ilə danışıb

Əsəd Abbaslı
Andrey Yermak ABŞ dövlət katibi ilə danışıb

Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

Operativ Media xəbər verir ki, A.Yermak amerikalı həmkarı ilə “vacib söhbət” etdiyini bildirib.

Onun sözlərinə görə, söhbətdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Vitkoff və Keyt Kelloq, Ukrayna tərəfdən isə müdafiə naziri Rustem Umerov iştirak ediblər.

Yermak deyib: “Əsas diqqət atəşkəs məsələsi və sülh yolu ilə nizamlanma perspektivlərinə yönəldilib. Biz xüsusilə prezidentlərimizin razılaşdığı məqamların həyata keçirilməsinin vacibliyinə diqqət yetirmişik”.

Teqlər:

"Andrey Yermak AB\u015e d\u00f6vl\u0259t katibi il\u0259 dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər