Menyu

Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Əziz Əzizli
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində azı 23 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, Bu barədə “Agence France-Presse” Qızıl Xaç Cəmiyyətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, mayın 10-da dörd kənddə baş vermiş ayrı-ayrı hadisələr nəticəsində baş verib. Yerli Qızıl Xaç Cəmiyyətinin sözçüsü Entoni Aba “Sahədən daxil olan məlumatlar müxtəlif hücumlar nəticəsində azı 23 nəfərin öldüyünü təsdiqləyir”, - deyə bildirib.

Hadisə zamanı bir neçə nəfər də yaralanıb.

AFP-nin qeyd etdiyi kimi, Nigeriyanın mərkəzində köçəri çobanlarla fermerlər arasında əraziyə nəzarət uğrunda mütəmadi toqquşmalar baş verir. Çobanların çoxunun müsəlman, fermerlərin isə xristian olması bu qarşıdurmalara tez-tez dini və etnik çalar verir.

Qeyd edək ki, eyni bölgədə bir ay əvvəl baş vermiş analoji hücumlarda 56 nəfər həlak olmuşdu.

Teqlər:

"Nigeriyada silahl\u0131 h\u00fccumlar n\u0259tic\u0259sind\u0259 az\u0131 23 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər