Qəzzada atəşkəslə bağlı razılıq əldə oluna bilər

Əsəd Abbaslı
Qəzzada atəşkəslə bağlı razılıq əldə oluna bilər

Qətərdə ABŞ rəsmiləri ilə HƏMAS nümayəndələri arasında aparılan danışıqlar nəticəsində Qəzza zolağında müvəqqəti atəşkəs barədə razılaşma əldə olunmaq üzrədir.

Operativ Media xəbər verir ki, bu barədə “The National” qəzeti mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, ABŞ Prezidentinin girov məsələləri üzrə nümayəndəsi Adam Bolerin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü Dohada HƏMAS nümayəndələri ilə görüş keçirib.

Görüşdə əhəmiyyətli irəliləyiş əldə olunub və razılaşma bir neçə saat və ya gün ərzində elan oluna bilər.

Razılaşmaya əsasən, HƏMAS 6 israilli girovu azad edəcək əvəzində İsrail həbsxanalarındakı bir neçə fələstinli məhbus buraxılacaq.

Qəzzaya humanitar yardımın yenidən çatdırılmasına icazə veriləcək və tərəflər 21 günlük atəşkəs rejiminə razılaşacaq.

Digər xəbərlər