Rusiya Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüş barədə təklifə hələ də cavab verməyib.
Operativ Media xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciətində danışıb.
"Ukrayna daim diplomatik həll yollarını dəstəkləyib. Mən Türkiyəyə, İstanbulda danışıqlara getməyə hazıram. Təəssüf ki, hələ də atəşkəslə bağlı təkliflərə Rusiyadan konkret cavab yoxdur. Əksinə, Rusiya atəşi və hücumlarını davam etdirir. Moskva birbaşa görüş təklifi qarşısında susur. Bu çox qəribə və narahatedici səssizlikdir. Rusiya nə vaxtsa bu müharibəni dayandırmalı olacaq – nə qədər tez olsa, bir o qədər yaxşıdır. Qətlləri davam etdirməyin heç bir mənası yoxdur," – Zelenski qeyd edib.
O həmçinin bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp da belə bir görüşü tam dəstəkləyir və imkan olsa, İstanbula gəlməsini çox istərdi.






