Menyu

İsrail HƏMAS-ın yeraltı strukturuna zərbə endirib

Əsəd Abbaslı
İsrail HƏMAS-ın yeraltı strukturuna zərbə endirib

İsrailin Müdafiə Ordusu HƏMAS-ın Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən “Avropa” Xəstəxanasının altında yerləşən yeraltı qərargahına zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Kan” dövlət teleradio şirkətinin məlumatına görə, zərbələrin hədəfi radikal hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub.

İsrail Ordusu hücumun Sinvarı öldürüb-ölmədiyini hələ təsdiq edə bilmir.

“Al Jazeera” telekanalı da öz növbəsində İsrailin hücumları nəticəsində azı 4 nəfərin öldüyünü, daha bir neçə nəfərin yaralandığını bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər